"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi" ilə bağlı tədbir keçirilib

       Azərbaycan Respublikası Prezidentinin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi" ilə bağlı əlavə tədbirlər haqqında "27.07.2020-ci il tarixli 2718 nömrəli Sərəncamının 3.2 bəndinin Tədbirlər Planının icrasının yerinə yetirilməsi ilə bağlı 05.06.2023- cü il tarixdə məktəbin coğrafiya müəllimləri Xəlilova Fatimə və Məmmədova Rəvanə
7-ci siniflər arasında "Masaüstü oyunlar" təşkil etmişlər. Oyunun məqsədi şagirdlərin Azərbaycanın su obyektləri ilə bağlı məlumat bazasını daha da genişləndirmək, Azərbaycanın su ehtiyatları ilə bağlı əlavə bilik və bacarıqlar əldə edilməsi olmuşdur. Gərgin keçən bu oyun şagirdlərin böyük marağına səbəb olmuşdur.
Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla, coğrafiya metodbirləşmə rəhbəri Abduləzimova Susanna və tarix müəllimləri iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi