Sabunçu rayonunda “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib

       “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti MMC-nin təşkilatçılığı, Balaxanı qəsəbə bələdiyyəsinin dəstəyi və Sabunçu rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin iştirakı ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.
   Festivalda rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərinin təqdimatında dünyanın müxtəlif ölkələrinin və ölkəmizdə yaşayan azsaylı xalqların folklorunu əks etdirən mahnı və rəqslər nümayiş olunub.
Məktəbin uşaqlarla dərsdənkənar və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Seyidbalayeva Şəhlanın rəhbərliyi və musiqi müəllimi Allahverdiyeva Nazlının tərtibatı əsasında  məktəbimizin şagirdləri  İtaliya rəqsi və mahnısı ilə çıxış ediblər. Şagirdlərimizin çıxışı rəğbətlə qarşılanıb.
    Festivalda məktəbin təşkilatçı müavini və musiqi müəllimi ilə bərabər, direktor müavinləri İsmayılova Elnurə və Quliyev Cavid də iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi