"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"

Uşaqlar bizim gələcəyimizdir!
Gələcəyimizin təminatı uşaqların müdafiəsindən başlayır.
Gəlin, Gələcəyimizi müdafiə edək! Bu deviz altında məktəbdə bir sıra tədbirlər həyata keçirilmişdir.
  "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar məktəbin həyətində bütün şagirdlərin təmsil olunduğu tədbir keçirildi. Direktor Yasin Quliyevin təşəbbüsü ilə bir günlük məktəbin inzibati idarəetmə və köməkçi heyətini əvəz edərək onların işlərini yerinə yetirmək üçün şagirdlər seçildilər. Çox böyük həvəs və sevinclə direktorun bu təşəbbüsünə qoşulan şagirdlər dərs gününün sonuna kimi öz vəzifələrini layiqincə yerinə yetirdilər.
    Daha sonra məktəbin akt zalında ibtidai sinif müəllimləri İsmayılova Əsmayə və Xudaverdiyeva Ülviyyənin birgə hazırladıqları "Qoy həmişə sülh olsun" tədbiri 2 ç və 3 c sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Uşaqlar şən mahnılar oxudular, rəqs etdilər və hər biri sevinc dolu anlar yaşadılar. Onların sevincinə böyüklər də qoşuldu. Sevinc göz yaşları ilə çıxış edən məktəb direktoru Yasin Quliyev bütün kollektiv adından balacaları təbrik etdi, onlara firavanlıq, gözəl gələcək, qayğısız uşaqlıq arzuladı. Onlara bildirdi ki, Ulu Öndərimizdən miras qalan və bu gün onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində çiçəklənən ölkəmizi layiqincə təmsil etmək, qorumaq üçün daim yaxşı oxumalı, biliklərini möhkəmləndirməli və elm-bilik axtarışında olmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi