"Bakı Zooloji Parkı"nda dərs - ekskursiya keçirilib

Bakı Zooloji Parkında dərs - ekskursiyaların təşkilinə dair təlimata əsasən, məktəbin coğrafiya müəllimi Abduləzimova Susanna 7 d sinif şagirdlərinə zooparkda keçirilməsi tövsiyyə olunan mövzulardan "Canlıların müxtəlifliyi" mövzusu üzrə dərs keçmişdir. Ekskursiyada 7 d sinfinin sinif rəhbəri Qədimova Səadət də iştirak etmişdir.
Şagirdlərə zooloji parkda olan canlılar haqda ümumi məlumat verilmiş, orada olan canlıların dünyanın hansı qitəsində yayılması, iqlim şəraitinə uyğunlaşması, yaşadıqları ərazinin relyefi haqqında ətraflı məlumat çatdırılmışdır. İl ərzində illik proqram materialına uyğun mövzularla bağlı uşaqlarla müzakirə aparılmışdır. Dərsin əsas məqsədi illik proqram materialının təkrar olunması və şagirdlərin elmi dünyagörüşünün artırılaması idi.
Şagirdlərin elmi dünyagörüşünün formalaşmasında bu cür dərs-ekskursiyalar böyük əhəmiyyət kəsb edir.