Mənim kitab dünyam layihəsi üzrə ekskursiya təşkil olunub

2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.5.3 bölməsinin icrasının yerinə yetirilməsi ilə əlaqədar
məktəbin ingilis dili müəllimi Hüseynova Günel sinif rəhbəri olduğu 6 f sinfi ilə İçərişəhərdə təşkil olunmuş V Milli Kitab Sərgisində olmuşlar. Şagirdlər klassik və müasir ədəbi yazarların əsərləri ilə tanış olmuş, bədii ədəbiyyatımızın inciləri haqqında məlumatlar toplamışlar.
Şagirdlərin mütaliə vərdişlərini genişləndirmək və yeni müəllifləri tanımaq məqsədilə təşkil olunan bu ekskursiyalar onların dünyagörüşünün formalaşmasında xüsusi əhəmiyyət kəsb edir və maraq dairələrinin genişlənməsində mühüm rol oynayır.