"Kiçik Akademiya"nın konfransı keçirilib

25.05.2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə yekun hesabat konfransı keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ümummilli Lider Heydər Əliyevin, Şəhidlərimizin əbədi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev 2022/2023-cü tədris ili ərzində görülən işlər haqqında hesabat xarakterli məlumatlar verdi.
Yekun konfrans 4 hissədən ibarət təşkil olunmuşdur. Hər hissədə 44 məktəb üzrə şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və.s məzmunlu araşdırma, elmi-tədqiqat işləri nümayiş etdirdilər.
Konfransda KA - nın Biologiya kafedrasının üzvü 9 F sinif şagirdi Mehdixanlı Rinat, “Nəqliyyatın havaya buraxdığı zərərli maddələrin miqdarına görə ekoloji vəziyyətin qiymətləndirilməsi" mövzusunda tədqiqat işi apararaq kiçik bir ərazidə hərəkət edən nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli maddələrin miqdarını hesablamışdır.
Biologiya müəllimi və eyni zamanda tədqiqatın elmi rəhbəri Zərifə Cəfərovanın bələdçiliyi ilə aparılan tədqiqat işi münsiflər heyəti tərəfindən bəyənilmiş və Fəxri Fərmanla təltif olunmuşdur.
Konfransın sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov konfransın işini qənaətbəxş hesab etmiş, gənc tədqiqatçılara uğurlar və müvəffəqiyyətlər arzulamışdır.
Məktəb direktorları, direktor müavinləri, KA rəhbərləri, müəllimlər və şagirdlərin də iştirak etdiyi bu konfransda 71 nömrəli məktəbi "Kiçik Akademiya"nın rəhbəri Alidə Şükürova və Uşaq Birliyi Təşkilatının rəhbəri Günay Həsənova təmsil etmişlər.