"Mətn redaktoru" mövzusunda nümunəvi dərs keçirilib

2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən informatika fənn aylığı çərçivəsində məktəbin informatika müəllimi Məmmədova Elza 3 a sinfində "Mətn redaktoru" mövzusunda nümunəvi dərs keçmişdir. Məzmun standartlarında nəzərdə tutulan bacarıqların reallaşdırılması məqsədilə verilən tapşırıqlar şagirdlər tərəfindən yerinə yetirildi və şagirdlər hazırladıqları təqdimat işini elektron qaydada təqdim etdilər.
Dərsdə metodbirləşmə rəhbəri Abidə Sadıqova, informatika müəllimi Abdullayeva Tamilla iştirak etmişlər.