Bakı zooloji parkı"nda dərs-ekskursiya keçirilib

Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair təlimata əsasən, məktəbin biologiya müəllimi Abdullayeva Aliyə 7 c sinif şagirdlərinə zooparkda keçirilməsi tövsiyyə olunan mövzulardan "Məməlilər sinfi" mövzusu üzrə dərs keçmişdir. Canlı şəkildə məməli heyvanları yaxından öyrənən şagirdlər böyük maraqla mövzu ilə bağlı müzakirələr aparmış, əyani şəkildə heyvanların bir çox xüsusiyyətləri ilə tanış olmuşlar.
Şagirdlərin elmi-dünyagörüşünün formalaşmasında bu cür dərs-ekskursiyalar böyük əhəmiyyət kəsb edir.