Şagirdlərimiz peşə məktəbinə ekskursiyaya gediblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31/10/2022-ci il tarixli F-360 nömrəli əmrilə "Peşəkarlıq yolunda"layihəsinin 1.4 bəndinin icrasının həyata keçirilməsi ilə əlaqədar olaraq 23 may 2023-cü il tarixində "Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi"-ndə təşkil olunmuş "Açıq qapı" gününə məktəbimizin IX sinif şagirdləri sinif rəhbərləri Zülfəliyev Emin və fiziki tərbiyə müəllimi İbrahimov Vüsalın rəhbərliyi ilə cəlb olundular.
Şagirdlər müxtəlif bədii oyma, toxuculuq kimi bir sıra əl işləri ilə, həmçinin digər müxtəlif peşələrlə tanış olub məlumatlandırıldılar. Yüksək səviyyədə keçən bu tədbir şagirdlərimiz tərəfindən rəğbətlə qarşılanmış, onlarda peşə təhsilinə qarşı böyük maraq oyatmışdır.