Direktoryanı müşavirə keçirilib

       19/05/2023-cü il tarixdə lX siniflərdə buraxılış imtahanları üzrə şagirdlərin nəticələrinin təhlili ilə bağlı məktəbin direktoru Yasin Quliyev müşavirə çağırmışdır. Müşavirədə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, buraxılış fənləri üzrə metodbirləşmə rəhbərləri və lX siniflərin fənn müəllimləri iştirak etmişlər. Direktor müavini tərəfindən nəticələr barədə statistik məlumatlar müşavirəyə təqdim edilmişdir. Mövzu ilə bağlı çıxış edən direktor statistik məlumatlara əsasən, Riyaziyyat və İngilis dili fənləri üzrə şagirdlərin nəticələrində irəliləmə, tədris dili üzrə isə, geriləmə olduğunu bildirmişdir. Eləcə də ümumi olaraq məktəb üzrə  orta bal göstəricisinin keçən illərə nisbətən (son 3 ildə) cüzi artdığı da direktor tərəfindən qeyd olunmuşdur. Lakin buna baxmayaraq, bəzi siniflərdə müvafiq fənlər üzrə 30 baldan aşağı nəticə göstərən şagirdlərin sayının çox olması ilə bağlı narahatçılığını bildirən direktor  tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnləri üzrə yüksək nailiyyətlər əldə etməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından həlli vacib olan aktual problemlər, onların həlli yollarının müəyyənləşdirilməsi  və gələcək fəaliyyət üçün nəzərə alınması məqsədilə məktəbdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi, bu istiqamətdə daha ciddi addımlar atılması haqqında fikirlər bildirmişdir. Müzakirədə iştirak edən fənn metodbirləşmə rəhbərləri və fənn müəllimləri də aşağı nəticə göstərən şagirdlərin hər biri haqqında geniş məlumat vermiş və yaranmış problemlərdə valideynlərin də rolunu xüsusi qeyd etmişlər.
    Son olaraq direktor Yasin Quliyev növbəti illərdə nəticələrin daha yüksək olması, irəliləmə prosesində qarşıya çıxan problemləri birgə dəf etmək və bununla bağlı hər hansı proseslərdə dəstəyini əsirgəməyəcəyi ilə bağlı fikirlərini  müəllimlərə bildirdi və əsas məqsədin də
cəmiyyətin inkişafında əvəzsiz rolu olan,
daha yüksək intellektə, biliyə və bacarıqlara malik  şagirdlərin yetişdirilməsi olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi