Valideynlərlə görüş keçirilib

16.05.2023-cü il tarixdə məktəbin akt zalında 2022-2023-cü tədris ili üçün məktəbin "Fəaliyyət Planı"nın 6.1.1 bəndinin icrasının həyata keçirilməsi ilə bağlı məktəbin direktoru Yasin Quliyevin valideynlərlə görüşü təşkil edilmişdir.
Məktəbin fəaliyyətinin daha yaxından izlənilməsi,görülən işlərlə bağlı məlumatın valideynlərə çatdırılması məqsədilə keçirilən bu görüşdə direktor təhsilimizin gündəmini təşkil edən "Məktəb-müəllim-valideyn" münasibətlərinin tənzimlənməsi, valideynlərin təhsil ocağı ilə sıx əlaqə saxlayıb məktəbdə və təhsilimizdə gedən proseslər barədə ətraflı məlumat almasını təmin etməklə bağlı çıxış etmişdir.
Direktor müəyyən məlumatlar verdikdən sonra qarşılıqlı müzakirə aparılmış, həm direktor Yasin Quliyev, həm də görüşdə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova tərəfindən valideynləri maraqlandıran suallar cavablandırılmışdır.