"İdmansevərlər" layihəsi ilə bağlı voleybol  turniri keçirilib

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-124F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "İdmansevərlər" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 3.1 bəndinə uyğun olaraq Heydər Əliyevin 100 illiyinə həsr olunmuş voleybol turniri keçirilib. Turnir məktəbin fiziki tərbiyə müəllimləri İmanov Elmar və  Kazımova Şəbnəmin  rəhbərliyi ilə  X və Xl sinif şagirdləri arasında təşkil olunmuşdur.  Çox maraqlı və gərgin keçən bu yarışda Xl c sinfi l yerə, X ç sinfi ll yerə, X a sinfi lll yerə layiq görülmüşlər.
Məktəbin direktoru Yasin Quliyev qalib gələn şagirdləri təbrik etmiş və onları "Diplom"la təltif edərək bundan sonra da daha böyük nailiyyətlər qazanmalarını arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi