Rəqəmsal bacarıqlar fənni üzrə nümunəvi dərs keçirilib

       2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən informatika fənn aylığı çərçivəsində məktəbin informatika müəllimi və həm də metodbirləşmə sədri Sadıqova Abidə 6 ç sinfində "İnformasiyanın kodlaşdırılması və şifrələnməsi" mövzusunda nümunəvi dərs keçmişdir. Məzmun standartlarında nəzərdə tutulan bacarıqların reallaşdırılması məqsədilə verilən tapşırıqlar şagirdlər tərəfindən yerinə yetirildi və şagirdlər hazırladıqları təqdimat işini elektron qaydada təqdim etdilər. Müəllim hər bir işi fərdi şəkildə qiymətləndirdi. Dövrün tələblərinə uyğun olan Rəqəmsal bacarıqlar fənni üzrə keçirilən bu dərslərə şagirdlər çox böyük maraq göstərirlər.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova,məktəbin psixoloqu İmaməliyeva Turanə iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi