İnformatika fənni üzrə praktiki dərs keçirilib

       2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən informatika fənn aylığı çərçivəsində məktəbin informatika müəllimi Abdullayeva Tamilla 7 e sinfində "İnformasiyanın ölçü vahidləri" mövzusunda praktiki dərs keçmişdir.  Məzmun standartlarında nəzərdə tutulan bacarıqların reallaşdırılması zamanı təcrübi işlərin aparılmasının böyük əhəmiyyət kəsb etdiyini əsas tutaraq müəllimlər dərslərdə vaxtaşırı  praktiki işlərin tətbiqini həyata keçirirlər.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, informatika metodbirləşmə sədri Sadıqova Abidə iştirak etmişlər.
Mövzu üzrə geniş məlumat mübadiləsi və müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi