IX sinif şagirdləri ilə görüş keçirilib

       13/05/2023-cü il tarixdə məktəbin direktoru Yasin Quliyevin lX sinif şagirdləri ilə görüşü keçirilmişdir. Görüşdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və fənn müəllimləri iştirak etmişlər. Görüşün keçirilməsində əsas məqsəd buraxılış imtahanlarının nəticələri  və şagirdlərin peşəyönümü ilə bağlı müzakirələrin keçirilməsi olmuşdur. Mövzu ilə bağlı çıxış edən məktəbin direktoru Yasin Quliyev  200 baldan yüksək nəticə göstərmiş şagirdləri  təbrik etmiş və bundan sonra da daha böyük nailiyyətlər qazanmaları üçün onlara uğurlar arzulamışdır.
Direktor eləcə də digər şagirdlərin buraxılış imtahanları üzrə topladıqları ballar və buna  uyğun ixtisas,peşə seçimi ilə bağlı geniş müzakirə aparmış,onlara dəstək olaraq düzgün istiqamət seçmələri üçün lazımi tövsiyyələr vermişdir.
   Çıxış edən şagirdlər də qazandıqları uğurlara görə, məktəb direktoru başda olmaqla  bütün müəllimlərə dərin minnətdarlıqlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi