2-ci və 3-cü  siniflərdə monitorinq keçirilib

       2022-2023-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planınının 1.2.9. bəndinə əsasən ll və lll siniflərdə şagirdlərin oxuyub- anlama bacarıqlarının aşkarlanması məqsədilə ibtidai siniflər üzrə  təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılovanın təşkilatçılığı ilə növbəti monitorinq təşkil olundu.
    Monitorinq qaydalara riayət olunmaqla şəffaf şəkildə keçirilmiş və məktəb rəhbərliyi tərəfindən sonadək nəzarətdə saxlanılmışdır.
Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi