Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

       Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilir.
10 may 2023-cü il tarixdə  məktəbdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunmuşdur. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər. Tədbir dövlət himni ilə başladı. Ümummilli Lider Heydər Əliyevin və canını vətən uğrunda qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Seyidbalayeva Şəhla, dil-ədəbiyyat müəllimi Məhərrəmova Fəridə və musiqi müəllimi Qurbanova Məryəmin birgə hazırladığı bu tədbirdə Ulu Öndəri tərənnüm edən mahnılar, şeirlər, musiqi nömrələri səsləndirildi. Mahnıları məktəbin xor qrupu ifa etmiş, eləcə də Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayış etdirilmişdir.
Tədbirin sonunda məktəbin direktoru Yasin Quliyevə söz verilmişdir. Dahi insan, dünya miqyaslı siyasətçi Heydər Əliyev haqqında geniş məlumat verən direktor, onun siyasi fəaliyyətinin bu gün də prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. O, bildirdi ki, hər bir azərbaycanlı üçün örnək olan dahi şəxsiyyətin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi