"BİLİK YARIŞI" KEÇİRİLİB

       Mayın 10-u 2023-cü il tarixdə məktəbin tarix müəllimi   Quliyeva Gülnazın təşkilatçılığı ilə məktəbin Vlll, IX, X sinif şagirdləri arasında Azərbaycan tarixi fənni üzrə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Blik yarışı" təşkil olundu. Bir neçə mərhələdən ibarət olan bu yarışda "Zəfər", "Mixaylo", "Qarabağ", "Polad Həşimov", "Murov qartalı" adları ilə beş komanda iştirak edirdi.Bilik yarışının yekun nəticələrinə əsasən, "Qarabağ" komandası qalib oldu. Məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, metodbirləşmə rəhbəri və tarix müəllimlərinin də iştirak etdiyi bu yarışda çox əhatəli və məntiqi təfəkkürü əks etdirən suallar səsləndirildi.
Gülnaz müəllimə elektron şəkildə yeni proqram vasitələrindən istifadə edərək yarışın vaxt itkisi olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin etdi.
Sonda məktəbin direktoru Yasin Quliyev qalib gələn şagirdləri diplomla təltif edərək bütün yarış iştirakçılarına uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi