Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı "Dəyirmi masa" təşkil olunub

"Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili " elan edilməsi ilə bağlı "Tədbirlər Planı"nın icrası ilə əlaqədar Təhsil nazirinin F-709 nömrəli əmrinə əsasən məktəbdə silsilə tədbirlər keçirilməsi davam edir.
"Tədbirlər Planı"nın 1.2 bəndinin icrasının yerinə yetirilməsi ilə əlaqədar məktəbin tarix müəllimi İmanova Şəhanə 8 c sinif şagirdləri ilə "Dəyirmi masa" təşkil etmişdir. 03.05.2023 tarixdə "Heydər Əliyev ve təhsil" mövzusunda təqdimat hazırlayan şagirdlər Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövrü (1969 - 82), daha sonra birinci ve ikinci prezidentliyi dövrləri haqqında məlumatlarla çıxış etmişlər. Eyni zamanda, şagirdlər Heydər Əliyevin təhsil sahəsində apardığı məqsədyönlü islahatlar haqqında danışmış, təhsil və müəllim haqqında söylədiyi kəlamları səsləndirilmişlər. Heydər Əliyev haqqında hazırlanmış videoslaydlar təqdim olunmuşdur.
"Dəyirmi masa"da məktəbin tarix müəllimləri də iştirak etmişlər.