Təlimə Dəstək Mərkəzinin əməkdaşları ilə görüş keçirilib

Məktəbdə 2022-ci il mart ayında TKTA tərəfindən aparılmış keyfiyyət monitorinqinin nəticələrinə dair hesabatda öz əksini tapan məlumatlar və tövsiyyələr əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodistləri Günel Bayramlı və Xəzər Əkbərli ilə 71 nömrəli məktəbin idarəetmə heyətinin, həmçinin bir qrup pedaqoji üzvünün görüşü keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd MİP ilə tanış olmaq və bu çərçivə sənədində öz əksini tapmış keyfiyyət standartlarının, məktəbin hər bir sahə üzrə müvafiq qiymətləndirmə səviyyəsinə çatmasını təmin etmək üçün inkişaf strategiyası haqqında məlumatların verilməsi olmuşdur.