Monitorinq keçirilib

2022-2023-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planınının 1.2.7 və 1.2.8. bəndlərinə əsasən Vll və Vlll və X siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənnlərindən məzmun xətləri üzrə nailiyyətlərin ölçülməsi məqsədi ilə məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərovanın təşkilatçılığı ilə növbəti monitorinq təşkil olundu.
Monitorinqdə şagirdlər 2 variantda Azərbaycan dili fənnindən 15 sual, riyaziyyat fənni üzrə 15 sual və ingilis dili fənnindən 15 sual olmaqla 45 sualı cavablandırdılar.
Monitorinq qaydalara riayət olunmaqla şəffaf şəkildə keçirilmiş və məktəb rəhbərliyi tərəfindən sonadək nəzarətdə saxlanılmışdır.
Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.