"Heydər Əliyev və Azərbaycan tarixi" referat yazı müsabiqəsinin qalibləri ilə elmi-praktik konfrans keçirilib

     03 may 2023-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar  "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda ənənəvi referat yazı müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib. Qeyd edək ki,bu müsabiqə Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmişdir. Konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, paytaxt rayonlarında keçirilmiş konfranslarda qalib seçilmiş məktəblilər və media nümayəndələri iştirak ediblər.
    2500-dən çox Bakı məktəblisinin iştirak etdiyi bu müsabiqədə məktəbimizin X a sinif şagirdi Xanvəliyeva Nuranə "Azərbaycanda siyasi partiya və təşkilatların yaranması-Difai" mövzusunda yazdığı referat yazı ilə qalib seçilən şagirdlər sırasında olmuşdur. Bu münasibətlə, məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektivimiz adından şagirdimizi təbrik edir, bundan sonra da ona uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi