Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı rəsm sərgisi keçirilib

Bakı Gənclər Mərkəzinin qarşısında yerləşən istirahət parkında Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı, Sabunçu rayon bələdiyyələrinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 2023-cü il "Heydər Əliyev İli" ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayon məktəbliləri arasında “Azərbaycan mənim ürəyimdir!” mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə məktəbimizin kiçikyaşlı şagirdi, 3 c sinfində təhsil alan Məmmədov Eldar Arzu oğlu da mükafata layiq görülmüşdür.
Balaca rəssamımız böyük sevgi və məhəbbətlə Ümummilli Liderimiz Heydər Əliyevin portretini çəkmiş və bu müsabiqəyə qatılmışdır. Şagirdimizə uğurlar diləyərək bundan sonra da bol-bol nailiyyətlər qazanmasını arzulayırıq.