Şagirdlərlə psixoloji söhbət aparılıb

2 may 2023-cü il tarixində məktəb psixoloqu İmaməliyeva Turanə "Psixi vəziyyətin öyrənilməsi ( təşviş, frustrasiya, aqressivlik, rigidlik)" mövzusunda 9 c sinfində psixoloji söhbət aparmışdır.
Sinif rəhbəri Qocayeva Aybənizin də iştirak etdiyi bu söhbətdə psixoloq, şagirdlərin sağlam psixologiya ilə həyatlarını davam etdirmələri üçün təhlükəsiz həyat sürmələri ilə bağlı müzakirə aparmış,lazım gələn məqamlarda onlara psixoloji dəstəyin göstərilməsi üçün müvafiq tədbirlər görüləcəyi ilə bağlı fikirlərini bildirmişdir.