"Peşəkarlıq yolunda" layihəsi ilə bağlı görüş keçirilib

       01.05.2023-cü il tarixdə məktəbin akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31/10/2022-ci il tarixli F-360 nömrəli əmrilə "Peşəkarlıq yolunda"layihəsinin 3.1 bəndinin icrasının həyata  keçirilməsi ilə bağlı lX sinif valideynləri ilə məktəbin direktoru Yasin Quliyevin görüşü təşkil edilmişdir. Direktor müxtəlif peşə ixtisasları üzrə məlumat verərək bildirdi ki, müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə də xüsusi diqqət ayrılmasını zərurət kimi qarşıya qoymuşdur. O, qeyd etdi ki, bu mənada şagirdlərin qabiliyyətlərinə uyğun peşə seçmələrində valideynlərin rolu müstəsna əhəmiyyət kəsb edir və keçirilən bu cür görüşlər valideynlərin maarifləndirilməsi və peşə seçimində şagirdləri düzgün yola istiqamətləndirməsi məqsədi daşıyır.
Görüşdə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova da təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələri barədə, eləcə də onların maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas və peşə seçimi ilə bağlı bəzi məlumatları valideynlərin nəzərinə çatdırdı.
Görüşün sonunda direktor valideynləri maraqlandıran bir çox sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi