XI sinif şagirdləri ilə görüş keçirilib

       28/04/2023-cü il tarixdə məktəbin direktoru Yasin Quliyevin Xl sinif şagirdləri ilə görüşü keçirilmişdir. Görüşdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və fənn müəllimləri iştirak etmişlər. Görüşün keçirilməsində əsas məqsəd buraxılış imtahanlarının nəticələri ilə bağlı müzakirələrin keçirilməsi və növbəti imtahana şagirdlərin daha yaxşı hazırlaşmaları ilə bağlı müəyyən tövsiyyələrin verilməsi olmuşdur. Mövzu ilə bağlı çıxış edən məktəb direktoru Yasin Quliyev sonda 200 baldan yüksək nəticə göstərmiş şagirdləri bir daha təbrik etmiş və bundan sonra da daha böyük nailiyyətlər qazanmaları üçün onlara uğurlar arzulamışdır. Şagirdlər də hər zaman onların yanında olduğu  və dəstəkləyici mühit yaratdığı üçün direktora təşəkkürlərini bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi