Fizika fənni üzrə praktiki dərs keçirilib

       2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən fizika fənn aylığı çərçivəsində məktəbin fizika  müəllimləri Mehdiyeva Çiçək 6 e sinfində "Elektrik və maqnit qarşılıqlı təsirlər" mövzusunda, Həsənova Güllü isə, 7 e sinfində "Cismin tarazlığı" mövzusunda praktiki dərslər keçmişlər. Mövzu üzrə təcrübələrin həyata keçirilməsi ilə bağlı olan bu dərslərdə şağirdlər böyük həvəslə praktiki işləri yerinə yetirmişlər. Məzmun standartlarında nəzərdə tutulan bacarıqların reallaşdırılması zamanı təcrübi işlərin aparılmasının böyük əhəmiyyət kəsb etdiyini əsas tutaraq müəllimlər dərslərdə vaxtaşırı  praktiki işlərin tətbiqini həyata keçirirlər.
Mövzular üzrə geniş məlumat mübadiləsi və müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi