9-cu sinif şagirdləri ilə görüş keçirilib

       27.04.2023-cü il tarixdə məktəbin direktoru Yasin Quliyevin 9-cu sinif şagirdləri ilə görüşü keçirilmişdir. Görüşün əsas məqsədi növbəti tədris ilində yaradılacaq informatika təmayüllü 10-cu siniflərə şagirdlərin qəbulu üzrə keçiriləcək imtahanlara onların  qeydiyyatının aparılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatı ilə bağlı həm video-təlimatın çatdırılması, həm də canlı olaraq şagirdlərə mövzu ilə bağlı məlumat verilməsi olub. Direktor şagirdləri  maraqlandıran bütün suallarını cavablandıraraq, informatika fənni və texnika əsri, eləcə də onun müasir dövrümüz üçün əhəmiyyəti ilə bağlı geniş çıxış etmişdir.
Sonda şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla şagirdlərə peşəyönümü ilə bağlı məlumat vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi