Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

       2022-2023-cü tədris ilinin Tədbirlər Planına əsasən 20 aprel 2023-cü il tarixində məktəbdə Mülki Müdafiə Günü ilə əlaqədar bir çox siniflərdə tədbirlər keçirilmişdir.
Belə tədbirlərdən biri də məktəbin ibtidai sinif müəllimi Xudaverdiyeva Ülviyyənin təşkilatçılığı ilə həyata keçirilmişdir.
2 c sinif şagirdlərinin iştirakı ilə keçirilmiş bu tədbirdə Ülviyyə müəllimə şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı məlumatlar vermiş, daha sonra isə, mövzu üzrə praktiki fəaliyyətlə başa çatdırmışdır. Yanğın zamanı yanğın söndürən balonlardan istifadə qaydaları, həmçinin ilk tibbi yardımın göstərilməsi və yaralının təxliyyə qaydaları, eləcə də əleyhqazdan istifadə qaydaları nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi