"İdmansevərlər" layihəsi ilə bağlı şahmat turniri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-124F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "İdmansevərlər" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 3.1 bəndinə uyğun olaraq Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri keçirilib. Turnir məktəbin idman rəhbəri Rüstəm Cabarovun rəhbərliyi və İmran Lətifovun təşkilatçılığı ilə V, Vl və Vll sinif şagirdləri arasında təşkil olunmuşdur. 60 nəfərə qədər şagirdin iştirak etdiyi bu yarış çox gərgin və maraqlı keçmişdir. Turnirin sonunda qızlar arasında :
1-ci yerə Əsgərli Zeynəb (6 ç sinfi)
2-ci yerə Abbasova Nüşabə (6 ç sinfi)
3-cü yerə Əliyeva Səma (5 c sinfi)
Oğlanlar arasında isə:
1-ci yerə Qulu Muhəmmədəli (6 a sinfi)
2-ci yerə Sadıqlı Məhəmməd ( 7 c sinfi)
3-cü yerə Abbaslı Nihat (7 a sinfi) layiq görülmüşlər.
Məktəbin direktoru Yasin Quliyev qalib gələn şagirdləri təbrik etmiş və onları "Diplom"la təltif edərək bundan sonra da daha böyük nailiyyətlər qazanmalarını arzulamışdır.