"Milli musiqimiz xalqımızın milli dəyəridir" mövzusunda musiqi günü keçirilib

06.04.2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 6.1 bəndinə uyğun olaraq "Milli musiqimiz xalqımızın milli dəyəridir" adı ilə təşkil olunmuş musiqi günündə məktəbin musiqi müəllimi Qurbanova Məryəm xüsusi dərs keçmişdir. Məryəm müəllimə milli musiqimizlə bağlı şagirdlərə məlumat vermiş, onlara xalqımızın milli sərvəti olan musiqimizi dərindən öyrənməyi və sevməyi aşılamaq üçün maarifləndirici, praktiki dərs təşkil etmişdir. Dərsin sonunda şagirdlər "Sarı gəlin" mahnısını böyük məhəbbət və sevgi ilə ifa etmişlər.
Dərsin keçirilməsində əsas məqsəd şagirdlərə bu mövzuda təbliğat aparmaq, milli dəyərlərimizə maraq oyatmaqdan ibarət olmuşdur.
https://youtu.be/7XL_lbzR6BY