"Peşəkarləq yolunda" layihəsi ilə bağlı tədbir keçirilib

       12.04.2023-cü il tarixdə məktəbin akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31/10/2022-ci il tarixli F-360 nömrəli əmrilə "Peşəkarlıq yolunda" layihəsinin 1.4 bəndinin həyata  keçirilməsi ilə bağlı görüş təşkil edilmişdir. Məktəbin müxtəlif peşə ixtisasları üzrə nüfuzlu Ali məktəblərdə təhsil alan məzunlarının iştirakı ilə keçirilən tədbirdə, məzunlar şagirdlərimizə müxtəlif universitetlər və peşə məktəbləri haqqında məlumatlar vermişlər və bu tədbir şagirdlərin marağına səbəb olmuş, onların peşə seçiminə yönəldilməsi istiqamətində maariflənməsi üçün böyük əhəmiyyət kəsb etmişdir. Tədbirin sonunda məzunlar məktəbin direktoru Yasin Quliyevlə görüşmüş, mövzu üzrə maraqlı söhbət etmişlər və xatirə şəkilləri çəkdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi