“Zəfər” məktəblilərarası I tarix olimpiadasının iştirakçısı olmuş şagirdimiz "Tərifnamə"ilə təltif olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31.10.2022-ci il tarixli F-362 nömrəli əmri əsasında “Zəfər” məktəblilərarası I tarix olimpiadasının iştirakçısı olmuş X a sinif şagirdi Xanvəliyeva Nuranə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Tərifnamə"yə layiq görülmüşdür.
Məktəbin direktoru Yasin Quliyev bütün kollektiv adından şagirdimizi təbrik etmiş və ona bundan sonra da daha yüksək uğurlar qazanmağı arzulamışdır.