"Mətbəx mədəniyyətimiz" mövzusunda kulinariya günü keçirilib.

06.04.2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 6.1 bəndinə uyğun olaraq "Mətbəx mədəniyyətimiz" adlı kulinariya günündə məktəbin texnologiya müəllimi Xocayeva Sultan praktiki dərs keçmişdir. Sultan müəllimə xalqımızın qədim təamlarından olan düşbərənin hazırlanma texnologiyası ilə bağlı şagirdlərə məlumat verdikdən sonra uşaqlar hazır məhsullardan istifadə edərək praktiki işi həyata keçirdilər.
Dərsin keçirilməsində əsas məqsəd milli xörəklərimizin unudulmaması üçün şagirdlərə bu mövzuda təbliğat aparmaq, milli dəyərlərimizə maraq oyatmaqdan ibarət olmuşdur.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, psixoloq və müəllimlər iştirak etmişlər.