İntellektual müsabiqə keçirilib

       Məktəbdə 05.04.2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 1.1 bəndinə uyğun olaraq "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda intellektual müsabiqə  keçirilmişdir. Müsabiqəni məktəbin tarix müəllimi və həm də metodbirləşmə rəhbəri Əmiraslanova Səbinə təşkil etmişdir.
         8-ci siniflərin şagirdlərindən ibarət "Zəfər", "Əfşarlar", "Göytürklər", "Qızılbaşlar" komandaları müxtəlif mövzuda tərtib olunmuş sualları cavablandırmışlar. Müsabiqədə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, tarix müəllimləri Gülnaz Quliyeva, Vüsalə Ağayeva iştirak etmişlər. "Zəfər" komandası ən yüksək balı toplayaraq müsabiqənin qalibi olmuşdur. Fəal şagirdlərdən Nəsirova Fidan,
Qarayeva Nazənin, Abdullayev Hüseyn, İsmayılova Ayan, Qasımlı Hüseyn, Bünyatova Aysu,  Cəfərov Bəxtiyar, Allahverdiyeva Aynur, Əsgərova Nərgiz, Sultanlı Nahidə,
Göyüşova Aydan, İmaməliyeva Minayə, Xursudova Aylin, Əsgərova Nərgiz, Abbaslı İnci daha çox sualları cavablandırmışlar.
       Sonda qalib komandanın hər bir üzvü məktəbin direktoru Yasin Quliyev tərəfindən diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi