Müəllimimiz  eTwinninq Azərbaycan 2023-cü il üzrə səfir seçilib

       eTwinning Azərbaycan 2023-cü il üzrə elan edilən səfir və mentor seçimi müsabiqəsinin nəticələri Təhsil Nazirliyinin Informasiyalaşdırılması idarəsi tərəfindən elan edilib.
       Layihə üzrə seçilmiş səfir və mentorlar məsul olduğu region üzrə layihənin təşviqatını təşkil edəcək, yeni üzvlərin üzləşdiyi çətinliklərin həllində dəstək olacaqlar. Səfir və mentor seçimi müsabiqəsinə sorğu üzrə 70-ə yaxın eTwinninq müəllim müraciət etmişdir.
İlkin mərhələdə layihə platformasında göstərdiyi fəaliyyətə uyğun olaraq seçilən namizədlər müsahibə mərhələsində portal üzrə bilik və  bacarıqlarına görə yoxlanmışlar.
Nəticədə, 5 regiondan (Bakı, Sumqayıt, Gəncə, Cəlilabad və Ağstafa üzrə) seçilmiş  eTwinning müəllimləri səfir və  mentor fəaliyyətlərinə aprel ayından etibarən icra etməyə başlayacaqlar.
        Sevindirici haldır ki, layihə üzrə seçilmiş yeni komanda üzvləri arasında məktəbimizin müəllimi də yer alır. Cari 2023-cü il Bakı şəhəri üzrə layihə səfiri seçilən İlahə Quliyevanı təbrik edir, bu məsuliyyətli işdə uğur diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi