Pedaqoji Şura iclası keçirilib

       30 mart 2023-cü il tarixində məktəbin akt zalında  "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot layihəsinin tətbiqi ilə bağlı görülən işlərə  həsr olunmuş Pedaqoji Şura iclası keçirilib.
        İclasda məktəbin direktoru,direktor müavinləri, komissiya üzvləri və sinif rəhbərləri iştirak etmişlər. Komissiya üzvlərinin hesabatı dinlənilmiş, görülən işlər təhlil edilərək  müvafiq qərarlar qəbul edilmişdir.
     Məktəbin direktoru Yasin Quliyev çıxış edərək bildirmişdir ki,layihənin tətbiqi ilə bağlı müsbət istiqamətdə dəyişikliklərin olması sevindirici haldır. Belə ki, müzakirələrdən də aydın olur ki, "Davranış jurnalı"nın siniflərdə qoyularaq şagird nizam-intizamının daim izlənilməsi və neqativ halların qeyd olunması çox gözəl effekt yaradır və bunun ardıcıl olaraq müntəzəm qaydada həyata keçirilməsi neqativ halların azalmasına gətirib çıxarır, eləcə də şagirdlərin "Özünürefleksiya" qaydaları üzrə intizama cəlb olunması və onlara ayrılan vaxt ərzində səhvlərini anlayaraq başa düşməsi onlarda məsuliyyət hissi yaradır, məktəb qayda-qanunlarına düzgün əməl etmələrinə sövq edir. Sonra isə direktor, layihənin tətbiqi ilə bağlı daha səmərəli işlərin görülməsi üçün  komissiya üzvlərinə və müəllimlərə tapşırıqlar verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi