"Müasir dünyanın iqtisadi gücləri" mövzusunda nümunəvi dərs keçirilb

       2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən Coğrafiya-Tarix fənn aylığı çərçivəsində məktəbin coğrafiya müəllimi Xəlilova Fatimə 31 mart 2023-cü il tarixdə 9 ç sinfində "Müasir dünyanın iqtisadi gücləri" mövzusunda nümunəvi dərs keçirdi. Dərsin əvvəlində 31 mart soyqırımı ilə əlaqədar şagirdlərə məlumatlar verilib, onlara bu faciəli hadisənin təfərrüatları çatdırılıb. Daha sonra dərsin mövzusunun məqsədi açıqlanıb və mövzu elektron təqdimat və digər əyani  vəsaitlərin köməyi ilə müəllim tərəfindən qısa şərh edilib.
Müasir təlim metodlarının tətbiqi ilə keçirilən dərsin əsas aktiv hissəsi şagirdlərin qrup işinin təqdimatı olub. Mövzu üzrə geniş məlumat mübadiləsi və müzakirəsi aparılıb.
     Nümunəvi dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, metodbirləşmə sədri Susanna Abduləzimova  iştirak edirdilər.
    Dərsin metodiki xüsusiyyətləri ilə bağlı direktorun, təlim-tərbiyə işləri üzrə direktor müavini, fənn müəllimi və metodbirləşmə üzvləri ilə görüşü keçirildi və dərsin keyfiyyəti haqqında fikirlər dinlənildi, müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi