"Torpaq" mövzusunda nümunəvi dərs keçirilib

       2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən Coğrafiya-Tarix fənn aylığı çərçivəsində məktəbin coğrafiya müəllimi və metodbirləşmə rəhbəri Abduləzimova Susanna 7 D sinfində Coğrafiya fənni üzrə "Torpaq" mövzusunda nümunəvi dərs keçirdi. Dərsin keçirilməsində əsas məqsəd  torpaq əmələgəlmə prosesini, torpağın quruluşunu, münbitliyini və s. xüsusiyyətlərini şagirdlərə çatdırmaq idi.
"Torpaq" mövzusunda keçirilən bu dərsdə müəllim nəzəri materialı qısa şərh etdi. Bundan sonra  şagirdlər verilən suallar əsasında tədqiqat işi apardılar, qrup işində fəal iştirak edərək öyrəndiklərini təqdim etdilər. Daha sonra müəllim tərəfindən gətirilən torpaq nümunələri araşdırıldı,şagirdlər nümunələr üzərində torpağın xüsusiyyətləri ilə bağlı məlumatlar verdilər. Dünya və Azərbaycanın topoqrafiq xəritələrində müxtəlif torpaq nümunələri üzrə tapşırıqlar şagirdlər tərəfindən yerinə yetirildi.
     Nümunəvi dərsdə məktəbin direktoru Yasin Quliyev, direktor müavini Zərifə Cəfərova, təşkilatçı Seyidbalayeva Şəhla və tarix  müəllimi Quliyeva Gülnaz  iştirak edirdilər.
    Dərsin metodiki xüsusiyyətləri ilə bağlı direktorun, təlim-tərbiyə işləri üzrə direktor müavini, fənn müəllimi və metodbirləşmə üzvləri ilə görüşü keçirildi və dərsin keyfiyyəti haqqında fikirlər dinlənildi,müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi