Nümunəvi dərs keçirilib

       2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən Coğrafiya-Tarix fənn aylığı çərçivəsində məktəbin coğrafiya müəllimi Məmmədova Rəvanə 6 d sinfində nümunəvi dərs keçmişdir. "Torpaq" mövzusunda keçirilən bu dərsdə müəllim nəzəri materialı qısa şərh etdi. Bundan sonra  şagirdlər verilən suallar əsasında tədqiqat işi apardılar, qrup işində fəal iştirak edərək öyrəndiklərini təqdim etdilər.
     Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər  iştirak etmişlər.
    Dərsin metodiki xüsusiyyətləri ilə bağlı direktorun fənn müəllimi və metodbirləşmə üzvləri ilə görüşü keçirildi və dərsin keyfiyyəti haqqında fikirlər dinlənildi, müvafiq qərarlar qəbul edildi, müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi