Novruz bayramı ərəfəsində müəllim və şagirdlərimiz təltif olunub

l yarımilin yekunu üzrə böyük summativ qiymətləndirmədə fərqlənən şagirdlərimiz, eləcə də məktəbin ictimai işlərində fəal iştirak edən, şagirdlərin vətənpərvər ruhda yetişdirilməsində xüsusi rolu olan müəllimlərimiz məktəbin direktoru Yasin Quliyev tərəfindən təltifə layiq görülmüşlər. Direktor şagirdləri təbrik edərək onlara uğurlar arzulamışdır, məktəbin idman şərəfini qoruyaraq Ümumilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol yarışında l yeri qazanan məktəb komandasına təşəkkürünü bildirmiş, eləcə də gənc nəslin təlim-tərbiyəsində xidmətləri olan, tarixi qələbəmizdə qəhrəmanlıq nümayiş etdirən gənclərimizi yetişdirən müəllim əməyindən danışaraq onlara bundan sonra da bu şərəfli peşəni layiqincə davam etdirməyi tövsiyyə etmişdir.
Təltif olunan hər kəs öz növbəsində məktəb rəhbərinə təşəkkürünü bildirmişdir.