Novruz bayramına həsr olunmuş tədbir keçirilib

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 2.1 bəndinə uyğun olaraq 17 mart 2023-cü il tarixdə məktəbin akt zalında uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Seyidbalayeva Şəhlanın  rəhbərliyi ilə  Novruz bayramı ənənələrini əks etdirən "Yaz havası" adlı  tədbir təşkil olunub.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
       Sonra tədbirin aparıncıları tərəfindən bolluq və xeyirxahlıq bayramı olan Novruzun Azərbaycan xalqının mənəvi dəyərlər sistemində özünəməxsus yeri olduğu bildirilib. Məktəbin dil-ədəbiyyat müəllimi Həsənova Hafizənin yüksək səviyyədə təşkil etdiyi bu tədbirdə şagirdlərimiz novruza, baharın gəlişinə həsr olunmuş şeirlər ifa edib, mahnılar səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Hafizə müəllimənin quruluş verdiyi Əhməd Cavadın "Qarının borcu", "4 çərşənbə" və digər novruz şeirləri, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" şeiri, Mirzə Fətəli Axundzadənin "Hekayəti müsyö Jordan və Dərviş Məstəli şah" əsərindən göstərilən səhnəcik tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bundan əlavə, uşaqlar novruzun əsas personajları olan kosa və keçəlin məzəli deyişmələrindən ibarət səhnəciklərə, məktəbin musiqi müəllimi Qurbanova Məryəmin hazırladığı rəqs kollektivinin ifasında milli rəqslərə, məktəbin xor kollektivinin ifasına maraqla tamaşa etmişlər.
       Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək əvvəlcə bütün kollektiv üzvlərini bayram münasibətilə təbrik etdi, daha sonra şagirdlərimizin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin və milli -mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı, tədbirin hazırlanmasında əziyyət çəkən hər kəsə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi