"Dəyərlərimizi qoruyaq" layihəsi ilə bağlı sosial aksiya keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 2.2 bəndinə uyğun olaraq Şəhid ailələrinin yad olunması ilə bağlı aksiyada məktəbin müəllim və şagirdləri iştirak etmişlər. 3 c, 3 ç, 5 a, 6 ç, 7 b, 10 b, sinif şagirdləri sinif rəhbərləri Əsmayə İsmayılova, Şəbi Gülnarə, Afət Tağıyeva, Qızyetər Abbasova, Fəridə Məhərrəmova və Xəyalə Kərimovanın rəhbərliyi ilə Şəhid ailələrində olmuş, milli adət-ənənələrimizə uyğun onlara bayram xonçaları təqdim edərək təbrik etmişlər.
Canını torpaqlarımızın alınması uğrunda fəda etmiş Şəhidlərimiz-Saleh Əliyev, Əfqan Nəsirov, Məhəmməd Şəbiyev, Nicat Xələfov, Rahim Quliyev, Veyis İsmayılov
hörmətlə anılmış, ehtiramla yad edilmişlər.