"Dəyərlərimizi qoruyaq" layihəsi ilə bağlı sosial aksiya keçirilib

       Bahar öz gəlişi ilə sevinc gətirir, ürəklərdə mərhəmət, diqqət və qayğı hisslərini artırır. Bahar fəslini həm də ona görə sevirik ki, onun ilk ayında - martda xalqımızın milli bayramı olan Novruz qeyd olunur. Xalqımız bu bayrama  böyük  sevinclə hazırlaşır, həm də bu bayramda yaşlılar, kimsəsizlər yad olunur.... Elə bu xeyirxah niyyətlə yolumuzu kiçikyaşlı uşaqların məskunlaşdığı sığınacaqdan saldıq. Daha sonra isə təqaüdə çıxan müəllimlərimizi yad etdik.
        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 2.2 bəndinə uyğun olaraq keçirdiyimiz bu aksiya məktəbin direktoru Yasin Quliyevin təşəbbüsü ilə  baş tutmuşdur.
       Şagirdlərimiz öz Novruz xonçalarını sığınacaqda yaşayan uşaqlarla bölüşdülər, məktəb rəhbəri və müəllimlər illərlə şagirdlərin zəhmətini çəkib ömürlərini şam kimi əridən Gəncalıyeva Şərqiyyə, Əliyeva Mahirə, Əliyeva Məleykə, Quliyeva Solmaz, Axundov Sahib kimi təqaüdçü müəllimlərimizin bayramlarını təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi