Novruz bayramına həsr olunmuş təşkilat saatları keçirilib

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
3-29-59/3-2-123F/2023 nömrəli 13.03.2023-cü
il tarixli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində tədbirlərimiz davam edir.
     16 mart 2023-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Cabarova Aygün "Dəyərlərimizi qoruyaq "layihəsinin 2.1 bəndinin icrasına uyğun olaraq 2 ə sinfində Novruz bayramı ənənələrini nümayiş etdirən təşkilat saatı keçirib.
      2 ə sinif şagirdləri Novruza, baharın gəlişinə həsr olunmuş şeirlər ifa ediblər, novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüblər, səməninin hazırlanması, novruz şirnayyatlarından olan şəkərburanın hazırlanma prosesinin qaydalarını öyrəniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi