"Dəyərlərimizi qoruyaq" layihəsi ilə bağlı "Ədəbi-bədii kompozisiya" keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 2.1 bəndinə uyğun olaraq "Kiçik Akademiya"nın İngilis dili kafedrasının üzvü Mikayılova Fərqanə 16.03.23 cü il tarixində 6 d sinfinin şagirdlərinin ifasında ”Novruz gəlir, Yaz gəlir" mövzusunda ədəbi-bədii kompozisiya təşkil etmişdir. Tədbir Azərbaycanın Dövlət Himni ilə başladı , daha sonra Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra isə, milli bayramımızın çərşənbələrini, adət ənənələrini əks etdirən kompozisiya təqdim olundu.