"Dəyərlərimizi qoruyaq" layihəsi ilə bağlı "Açıq dərs" keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 2.1 bəndinə uyğun olaraq məktəbin ibtidai sinif müəllimi İsmayılova Əsmayə rəhbəri olduğu 3 c sinif şagirdləri ilə Milli Azərbaycan Tarixi Muzeyində olmuş və İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları ilə birgə Torpaq çərşənbəsinə həsr olunmuş "Novruz macəraları" mövzusunda açıq dərs keçirmişlər. Dərsdə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları - Lalə Məmmədova və Nigar Əhmədli şagirdlərə gips fiqur üzərində səməni rəngləmək qaydasını öyrədib. Sonra şagirdlər İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Aynur Babayevanın Novruz adət-ənənələri haqqındakı çıxışını dinləyiblər, Novruz bayramı atributlarını tanımaq üçün komandalar şəklində digər oyunlar oynayıblar.