"Bir kərə yüksələn bayraq"

2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən Tarix fənn aylığı çərçivəsində məktəbin tarix müəllimi Ağayeva Vüsalə 5 ç sinfində nümunəvi dərs keçmişdir. "Bir kərə yüksələn bayraq" mövzusunda keçirilən bu dərsdə müəllim əyani vəsaitlər-plakatlar, elektron təqdimatlar, videomateriallara istinad edərək nəzəri materialı qısa şərh etdi. Bundan sonra şagirdlər verilən suallar əsasında tədqiqat işi apardılar, qrup işində fəal iştirak edərək öyrəndiklərini təqdim etdilər. Tədqiqat sualları şagirdlərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının təbliğ edilməsinə yönəlmişdir.
Nümunəvi dərsdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, metodbirləşmə sədri Afət Tağıyeva iştirak etmişlər. Məktəbin direktoru Yasin Quliyev, fənn müəlliminə və şagirdlərə uğurlar arzuladı və şagirdlərə tariximizi, eləcə də milli dəyərlərimizi daha çox öyrənməyi tövsiyyə etdi.
Dərsin metodiki xüsusiyyətləri ilə bağlı direktorun fənn müəllimi və metodbirləşmə üzvləri ilə görüşü keçirildi və dərsin keyfiyyəti haqqında fikirlər dinlənildi, müvafiq qərarlar qəbul edildi, müzakirələr aparıldı.