“Qırmızı” adlı qısametrajlı filmin nümayişi keçirilib

07.03.2023-cü il tarixdə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə erkən nikahın mənfi təsirlərinə həsr olunmuş “Qırmızı” adlı qısametrajlı filmin nümayişi keçirildi.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Nərgiz Babayeva filmin yaradıcı heyətinə təşəkkür edərək erkən nikahın fəsadlarından söz açdı.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova bildirdi ki, insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində gender əsaslı zorakılıq aktual məsələlərdən biridir.
Tədbirə Sabunçu rayonu məktəblərinin direktor və müəllimləri, eləcə də yeniyetmə şagirdləri də dəvət olunmuşdu.
O cümlədən, bu tədbirdə məktəbimizi ingilis dili müəllimi Quliyeva İlahə və 10 a sinif şagirdləri - Həsənova Leyla, Babayeva Sevinc təmsil etmişlər.