"8 mart – Beynəlxalq Qadınlar Günü " ilə əlaqədar sərgi təşkil edilib

Azərbaycan qadını hər zaman öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, milli-mənəvi və ümumbəşəri dəyərlərə bağlılığı və eləcə də bacarığı, səriştəsi, siyasi mühitdə dövlətimiz üçün, xalqımız üçün böyük əhəmiyyət kəsb edən fəaliyyəti ilə seçilib. Müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu xalqımızın öz ənənələrinə bəslədiyi hörmət, eləcə də dövlətimizin yürütdüyü siyasət sayəsində hər zaman yüksək qiymətləndirilmişdir.
Bütün qadınlarımıza, o cümlədən müəllim adını şərəflə daşıyan xanımlarımıza ithafən məktəbin "Mənim rəngli dünyam" dərnəyinin rəhbəri Mətanət Abdullayevanın təşkilatçılığı ilə "8 mart – Beynəlxalq Qadınlar Günü" ilə əlaqədar sərgi təşkil olunmuşdur. Sərgidə dərnək üzvlərinin əl işləri nümayiş etdirilmişdir.